Moskva məhkəməsi AZAL-ın təyyarəsi ilə bağlı qərar çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvanın Basmannı məhkəməsi 2024-cü ilin dekabrında AZAL-a məxsus "Embraer 190" təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq çərçivəsində Rusiyanın cənubunda iki ünvandan sənədlərin götürülməsinə icazə verib.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, müstəntiqin bu barədə müraciəti 2025-ci ilin yanvarında edilib və prokuror onu dəstəkləyib.
Məhkəmə vəsatəti əsaslı hesab edərək icazə verib və qərar qanuni qüvvəyə minib.
Xatırladaq ki, qəza 25 dekabr 2024-cü ildə baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həyatını itirib. İlkin araşdırmalara görə, qəzanın səbəbi fiziki və texniki xarici təsir hesab edilir.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...