Moldova "Qazprom"un borcunu ödəmək niyyətində deyil
Yeniliklərdən dərhal xəbərdar olun
Moldova istehlak etdiyi yanacaq üçün "Qazprom"a 709 milyon dollar borcunu ödəməkdən imtina edib.
Bu barədə Moldova Baş naziri Dorin Reçan "Moldova 1" telekanalına müsahibəsində bildirib.
"Biz bu borcu ödəmək niyyətində deyilik", - deyə Reçan vurğulayıb.
Baş nazir hesab edir ki, "Qazprom" mövcud olmayan borcun ödənilməsi ilə gələcək tədarükləri şərtləndirməyə çalışır.
Bundan əlavə, Baş nazir Reçan Moldova vətəndaşlarını "çox çətin bir qış" gözlədiyini xəbərdar edib. O, risk faktorları arasında birinci olaraq Dnestryanı bölgəyə qaz tədarükünün dayandırılmasını, ikinci olaraq isə əhalinin üzərinə düşən qaz qiymətlərinin artımını qeyd edib. Reçan həmçinin bildirib ki, Dnestryanı bölgədə yaşayan təxminən 300 min insan üçün qaz tədarükünün dayandırılması humanitar fəlakətlə nəticələnə bilər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...