Modelyer xəstəxanadan 42 milyon lirə təzminat tələb edir
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyalı modelyer və dizayner Eva Kavalli Türkiyədəki xəstəxanadan 42 milyon lirə təzminat tələb edir.
BAKU.WS xəbər verir ki, o terapiya üçün 2023-cü ildə Bodrumdakı detoks mərkəzlərindən birinə üz tutub.
Müalicə adı altında Evaya prosedurlar tətbiq edilib və onun bağırsaqları deşilib.
Özəl xəstəxanalardan birinə yerləşdirilən modelyer bundan sonra xəstəxananı məhkəməyə verib.
Kavalli həkimin onu müalicə etmək üçün gecikdiyini və bu səbəbdən İtaliyaya gedərək iki dəfə əməliyyat olunduğunu bildirib.
Bu vəziyyətin ona pis təsir etdiyini bildirən model xəstəxanadan 42 milyon lirə təzminat tələb edir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...