Mixail Qusman TASS-dakı vəzifəsindən azad olunub

Mixail Qusman TASS-dakı vəzifəsindən azad olunub
Dünya 275

TASS informasiya agentliyində uzun illər çalışmış Mixail Qusman baş direktorun birinci müavini vəzifəsindən azad edilib.

BAKU.WS xəbər verir ki, bu qərarı Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin imzalayıb.

75 yaşlı Qusman təxminən 30 il ərzində TASS sistemində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. O, 2000-ci ildən etibarən tanınmış "Güc formulu" adlı televiziya layihəsinin müəllifi və aparıcısı kimi də tanınır.

Mixail Qusman həmçinin Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalisti (2018) kimi dövlət təltiflərinə layiq görülüb. O, YUNESKO ilə əməkdaşlıq çərçivəsində Rabitə üzrə Beynəlxalq Proqramın Rusiya Komitəsinə rəhbərlik edir, eləcə də bu təşkilatın İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasında və Rusiyanın YUNESKO üzrə Komissiyasında təmsil olunur.

Son xəbərlər