Misirdə 3 600 illik sirli fironun məzarı tapıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Misirdə Anubis Dağı ərazisində qədim bir firona aid olduğu güman edilən məzar aşkar edilib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, arxeoloqların sözlərinə görə, Günəş tanrısı Anubisə həsr olunmuş bu bölgədə tapılan məzar otağı təxminən 3 600 il əvvələ aiddir.
Qazıntı qrupunun rəhbəri Cozef Veqner bu tapıntının nadir hadisə olduğunu bildirib. Lakin məzar divarlarındakı yazılar zədələndiyi üçün fironun kimliyi hələ müəyyən edilməyib.
Alimlər bu məzarın, İkinci Keçid Dövründə (e.ə. 1640-1540) mövcud olmuş Abydos sülaləsinə aid ola biləcəyini düşünürlər. Qazıntılar zamanı fironun kimliyini müəyyənləşdirmək üçün mumiyalanmış orqanların saxlandığı kanopik qabların axtarışı davam edir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...