Məşhur türkiyəli müğənni Yunanıstandan deportasiya edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin tanınmış müğənnisi Işın Karaca Yunanıstandan deportasiya edildiyini açıqlayıb.
BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Müğənni bildirib ki, onun Afinaya girişinə icazə verilməyib.
Onun sözlərinə görə, buna səbəb 2024-cü ildə Gümülcinedə ifa etdiyi türk marşları olub:
"2024-cü ildə Gümülcinedə "Nə mutlu türküm deyənə" və "İzmirin dağlarında çiçəklər açar" marşlarını oxuduğum üçün Afinaya buraxılmadım. Təsəvvür edin ki, qızım və həyat yoldaşım ölkəyə daxil ola bildi, amma mənə rədd cavabı verildi. Dedilər ki, bu, milli məsələdir. Həyatımda belə kobud rəftar görməmişdim. Heç kim bir stəkan su belə təklif etmədi", - deyə o qeyd edib.
Işın Karaca daha sonra ölkəsinə qayıtmaq istədiyini, lakin təyyarə bileti tapmaqda çətinlik çəkdiyini də vurğulayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...