Məşhur müğənni piyada keçidində təqaüdçünü maşınla vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur rusiyalı müğənni Aleksandr Buinovun Moskva vilayətində piyada keçidində təqaüdçünü vurub.
BAKU.WS xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Mənbənin məlumatına görə, hadisə çərşənbə günü axşam, fevralın 26-da Naro-Fominsk rayonunda baş verib. Sənətçi idarə etdiyi "Lexus LX 570" markalı avtomobili piyada keçidində yolu keçən 61 yaşlı qadını vurub.
Zərərçəkənin xəstəxanaya yerləşdirildiyi iddia edilir. Kanal qeyd edib ki, son bir ildə Buinov 32 dəfə yol hərəkəti qaydalarını pozub. Sənətçinin özü vəziyyəti şərh etməyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...