Məşhur MMA döyüşçüsü atışmada gözünü itirdi
Rusiyalı qarışıq döyüş növləri (MMA) döyüşçüsü Ruslan Kraynov Krasnodarda atışma nəticəsində bir gözünü itirib.
BAKU.WS xəbər verir ki, bu barədə Krasnodarın "Nart" döyüş klubunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
Bundan əvvəl sosial şəbəkələrdə Krasnodarın Zipovskaya küçəsindəki əyləncə müəssisələrindən birinin yaxınlığında bir neçə nəfər arasında münaqişənin baş verdiyini əks etdirən video yayılıb. Regional Daxili İşlər Nazirliyindən verilən məlumata görə, naməlum şəxslər həmin şəxsi yaralayaraq avtomobillə qaçsalar da, polis əməkdaşları tərəfindən saxlanılıb.
Döyüş klubundan bildiriblər ki, qurbanın hazırda əməliyyat olunması lazımdır.
Kraynov özü TASS-a açıqlamasında bildirib ki, hazırkı vəziyyəti şərh etmək onun üçün hələ də çətindir.
"Bəli, mən hər şeyi fraqmentlərlə xatırlayıram" deyə idmançı şərh edib.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...