Məşhur geyim brendi işçilərinin 18%-ni ixtisar edəcək

Britaniyanın geyim, aksesuar və ətir istehsalçısı "Burberry" 1700 iş yerini və ya işçi qüvvəsinin 18%-ni ixtisar etməyi planlaşdırır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu yolla şirkət satışların azalması fonunda xərcləri azaltmağa çalışır.
"Burberry" növbəti iki il ərzində 60 milyon funt-sterlinq (80 milyon dollar) qənaət etməyi planlaşdırdığını açıqlayıb.
Yeni təyin olunmuş CEO Joshua Schulman, müştərilərin yaşayış xərclərinin artması səbəbindən xərcləri azaltdıqları üçün brendi dəyişdirməyə söz verib. "Burberry", təxminən 2000 funt sterlinq qiyməti olan klassik trençkalar da daxil olmaqla, xarici geyimlərinin populyarlığını artırmağa çalışır.
"Burberry" səhmləri bu il daha sərfəli yüksək səviyyəli brendlərinə tələbin olmaması ilə bağlı narahatlıqlar səbəbindən 16% ucuzlaşıb. ABŞ prezidenti Donald Trampın ticarət tarifləri ilə bağlı qeyri-müəyyənlik də istehlakçılara təzyiq göstərir.
1880-ci ildə Tomas Burberry dünyanın ilk nəfəs ala bilən suya davamlı parça olan gabardini icad edib. Yeni materialdan hazırlanmış geyim ağır rezinləşdirilmiş macintosh yağış paltarlarına alternativ olub.
Birinci Dünya Müharibəsi illərində şirkət sudan qoruyan zabitlərin paltolarını təmin edirdi. Modelə "trenç palto" adı verilib.
Birinci Dünya Müharibəsi başa çatdıqdan sonra şirkətin geyimləri mülki əhali arasında populyarlaşdı. Belə ki, "Kasablanka" və "Tiffanydə səhər yeməyi" filmlərinin və Aqata Kristi Puaro serialının personajları "Burberry" paltarı geyiniblər.
Oxşar xəbərlər
Leonardo DiKaprio ona "Şərəf mükafatı" təqdim edəcək
Bu il 78-ci dəfə təşkil ediləcək Kann Film Festivalında məşhur aktyor Robert De Niroya "Şərəf mükafatı" veriləcək. BAKU.WS xəbər verir ki, aktyora "Qızıl Palma...
