Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub
Məşhur britaniyalı teleaparıcı Henri Koula xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, 62 yaşlı teleaparıcı bu barədə sosial şəbəkədə yayımladığı videoda məlumat verib.
Koulun sözlərinə görə, onun qarın nahiyəsində kiçik ölçülü xərçəng aşkarlanıb. O, konkret diaqnozu açıqlamasa da, xəstəliyin erkən mərhələdə olduğunu bildirib.
Həkimlərin proqnozuna görə, teleaparıcının 2027-ci ildə tam sağalması gözlənilir. Müalicə səbəbilə Koul bəzi çıxışlarını təxirə salmalı olacaq.
Henri Koul "The Motorbike Show" və "World"s Greatest Motorcycle Rides" verilişləri ilə tanınır.
Oxşar xəbərlər
Əsəbləri sakitləşdirən qidalar açıqlanıb
Bəzi qidalar sinir sisteminin normal fəaliyyətini dəstəkləyir, stressin idarə olunmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edə bilər. BAKU.WS xəbər verir...