Məşhur aktyor Oktay Kaynarca saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə məşhurlara yönəlmiş istintaq çərçivəsində aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla 6 nəfər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, Oktay Kaynarca, Emel Müftüoğlu, Neda Şahin, Ali Sert, Rabia Karataş və Selen Çetinkaya İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqının bir hissəsi olaraq, səhər saatlarında Jandarma zabitlərinin müşayiəti ilə Vilayət Jandarma Komandanlığına aparılıb.
Qeyd olunub ki, aşağıdakı cinayətlərdən birini və ya bir neçəsini törətdiyi güman edilən şübhəlilər saxlanılıb: şəxsi istifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin saxlanması, narkotik istifadəsinə kömək etmək, fahişəliyə təhrik etmək, fahişəliyə kömək etmək, vasitəçi kimi çıxış etmək və ya fahişəlik üçün yer təmin etmək, qumar oynamaq üçün yer və vasitə təmin etmək. İstintaq davam edir.
Oxşar xəbərlər
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib
İraqın dövlət büdcəsi son 17 ildə ölkənin şimal bölgələrindən neft və neft məhsullarının qaçaqmalçılığı, fırıldaqçılıq sxemləri nəticəsində təxminən 303 milyard...