Merts Rusiyanı hədələdi: Putin Zelenski ilə görüşməsə, daha çox təzyiq olacaq
Almaniya Kansleri Fridrix Merts yaxın vaxtlarda Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş baş tutmasa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib.
BAKU.WS Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə o, Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.
Mertsin sözlərinə görə, Rusiya tərəfi Putinlə Zelenski arasında görüşə razı olmasa, daha çox təzyiq tələb olunacaq:
"Bu iş üçün Avropa İttifaqı əlavə sanksiyalar hazırlayır. ABŞ prezidenti də əlavə cərimə rüsumlarının tətbiqini istisna etməyib".
Oxşar xəbərlər
Su kranını bağlamağa çalışarkən faciə baş verdi: 74 yaşlı qadının ölümünün TƏFƏRRÜATI
Ağstafanın Yenigün kəndində bədbəxt hadisə baş verib. Kənd sakini, 74 yaşlı Güləbatın Qəhrəmanova yaşadığı evin həyətində su quyusuna düşərək ölüb. "Qabları dol...