Meksika ABŞ ilə sərhədi möhkəmləndirmək üçün 10 min əsgər göndərəcək
Meksika hökuməti narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ölkənin şimal sərhədinə əlavə 10 min milli qvardiya zabiti göndərəcək.
BAKU.WS xəbər verir ki, bu barədə fevralın 3-də prezident Klaudiya Şeynbaum məlumat verib.
Meksikalı siyasətçi ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra X sosial şəbəkəsindəki səhifəsində bunları yazıb:
"Meksikadan ABŞ-a narkotik qaçaqmalçılığının qarşısını almaq üçün dərhal 10 min Milli Qvardiya əsgəri ilə şimal sərhədini gücləndirəcək".
Onun sözlərinə görə, Vaşinqton Meksikaya silah qaçaqmalçılığının qarşısını almaq üçün səyləri gücləndirməyi öhdəsinə götürüb.
Hər iki ölkənin hökumət qrupları təhlükəsizlik və ticarət məsələləri üzərində işləməyə başlayıb.
Həmçinin Trampla aparılan danışıqlar nəticəsində ABŞ-ın Meksikadan gələn mallara tətbiq etdiyi rüsumlar bir ay müddətinə dayandırılıb.
Fevralın 2-də Donald Tramp Kanada, Meksika və Çindən gələn mallara rüsum tətbiq edən fərman imzalayıb. Kanada və Meksikadan gələn mallara tariflər 25 faiz, Çindən gələn mallara isə 10 faiz olacaq.
Oxşar xəbərlər
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın silah anbarlarını məhv edib
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" hərəkatının bir neçə silah anbarını aşkarlayaraq məhv edib. "Report" xəbər verir ki, bu barədə ordunun mətbu...