Makron Trampın sözlərinə belə cavab verdi

Makron Trampın sözlərinə belə cavab verdi
Dünya 83

Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp tərəfindən onun ailə həyatı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Fransa lideri bu açıqlamaları "uyğunsuz" adlanıb.

O, həmçinin qeyd edib ki, belə sözlər nə etik, nə də layiqli hesab oluna bilər: "Bu cür fikirlər cavab verməyə belə dəymir".

Qeyd edək ki, Tramp brifinq zamanı Makronla həyat yoldaşı Bricit Makron arasındakı münasibətlər barədə zarafat edib. ABŞ prezidenti çıxışında Makronun həyat yoldaşı ilə münasibətlərinə istehzalı şəkildə toxunub.

Xatırladaq ki, 2025-ci ilin may ayında Makronun həyat yoldaşı ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılmışdı. "Hanoy" aeroportunda çəkilən kadrlarda prezident təyyarəsinin qapısı açılarkən Bricitin ona yüngül zərbə endirdiyi görünürdü. Hadisə ictimai rezonans doğurmuş, görüntülərin həqiqiliyi Yelisey sarayı tərəfindən təsdiqlənmişdi.

Son xəbərlər