Mahaçqalada güclü sel: Evlər su altında qalıb
Dağıstan Respublikasının paytaxtı Mahaçqala və ətraf bölgələrdə baş verən güclü sel və daşqınlar ciddi fəsadlara yol açıb.
BAKU.WS xəbər verir ki, yaranmış vəziyyətlə əlaqədar fövqəladə hal rejimi tətbiq edilib.
Məlumata görə, təbii fəlakət nəticəsində səkkiz rayonda elektrik enerjisi kəsilib və ümumilikdə 130-dan çox yaşayış məntəqəsi işıqsız qalıb. Rəsmi qurumlar elektrik təchizatının gün ərzində mərhələli şəkildə bərpa olunacağını bildirir.
Sel suları Mahaçqalada yaşayış evlərinə də ziyan vurub – təxminən 20 ev su altında qalıb, bəzi küçələr, o cümlədən Zareçnaya küçəsi ciddi zədələnib. Şəhər yollarında iri su yığıntıları yaranıb, avtomobillər hərəkətsiz qalıb və tıxaclar müşahidə olunub.
Xilasedicilər tərəfindən üçü uşaq olmaqla 80-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib, bir neçə nəfər isə xilas olunub.
Oxşar xəbərlər
ABŞ və ÇXR təhlükəsizlik məsələləri üzrə birgə məsləhətləşmələr keçirib
Çin Xalq Respublikası (ÇXR) ilə ABŞ hava və dəniz məkanında təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...