Madaqaskarda fövqəladə vəziyyət tətbiq edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Madaqaskar hökuməti Yaxın Şərqdəki eskalasiya ilə əlaqədar energetika sahəsində fövqəladə vəziyyət tətbiq etmək qərarına gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə hökumətin sərəncamına istinadən Malqaş Milli Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, fövqəladə vəziyyət rejimi elektrik enerjisinin verilməsindəki ciddi problemlər və enerji təchizatındakı uzunmüddətli fasilələrlə əlaqədar 15 sutka müddətinə tətbiq edilib. Həmçinin ölkənin müxtəlif bölgələrinin, xüsusən də Nusi-Be adasının - ölkənin əsas turizm mərkəzinin neft məhsulları ilə təchizatının normallaşdırılması üçün addımlar atılır.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...