Madaqaskarda 1 000-ə yaxın insan xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Madaqaskarı bürüyən Dikeledi tropik siklonunun nəticələri 915 nəfərin yaralanmasına, azı iki nəfərin itkin düşməsinə səbəb olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Orangeactu" portalı Risk və Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Büroya istinadən məlumat yayıb.
Məlumata görə, sürəti 140 km/saata çatan qasırğalı küləklər və leysan yağışları Madaqaskarın şimal və şərq hissələrini əhatə edib. Nosi-Be adası və Ambre burnu ilə Besalampi şəhəri arasındakı yaşayış məntəqələrinə ziyan dəyib.
Qeyd olunub ki, Voemar və Maroantsetra şəhərlərindən 751 nəfər təcili təxliyə edilib.
Madaqaskar meteoroloji xidmətinin məlumatına görə, siklon Komor adalarına ardınca da Mozambikə çata bilər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...