Los-Ancelesdəki etirazçılar bu taksiləri sifariş edib yandırırlar

Los-Ancelesdəki etirazçılar bu taksiləri sifariş edib yandırırlar
Foto
Dünya 144

ABŞ-nin Los-Anceles şəhərində davam edən etiraz aksiyalarında "Waymo" şirkətinin sürücüsüz taksiləri etirazçıların hədəfinə çevrilib. Etirazlar zamanı bir çox "Waymo" sürücüsüz avtomobilləri yandırılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisələrin sayının artması ilə Los Anceles Polis Departamenti (LAPD) şirkətdən bölgədəki xidmətini müvəqqəti olaraq dayandırmasını istəyib.

Məlumata görə, tətbiq vasitəsilə istifadəçilər tərəfindən avtomobillər çağırılır, lakin sərnişin daşımaq əvəzinə, qəsdən yandırılır.

Bildirilir ki, hadisələr son zamanlar anti-immiqrant rejiminin tətbiqinə cavab olaraq təşkil edilən etiraz aksiyaları zamanı baş verib.

Son xəbərlər