Londonda metro işçiləri tətil ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində fəaliyyət göstərən metropolitendə beşgünlük tətil başlayıb.
BAKU.WS AZƏRTAC- istinadən xəbər verir ki, Dəmiryolu, Dənizçilik və Nəqliyyat İttifaqının üzvləri əməkhaqqı və yorğunluğun idarəolunması ilə bağlı tələblərini irəli sürərək, işdən imtina ediblər. Onlar həftəlik iş vaxtının 35 saatdan 32 saata endirilməsini də istəyiblər.
"Transport for London" qurumu əməkhaqların 3,4 faiz artırılmasını təklif etsə də, iş saatlarının azaldılmasının praktik və maliyyə baxımından mümkün olmadığını bildirib.
Beləliklə, London metrostansiyasında bu gün sərnişinlərə məhdud çərçivədə xidmət göstərilir. 8-11 sentyabr tarixlərində çox az xidmət olacaq və ya ümumiyyətlə xidmət göstərilməyəcək. Sentyabrın 12-də isə metro saat 8:00-da açılacaq.
Qeyd edək ki, London metropoliteninin işçiləri sonuncu dəfə 2023-cü ilin mart ayında tətil ediblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...