Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib

Levitt: ABŞ hələ İrana atəşkəsin müddətini uzatmağı təklif etməyib
Dünya 0

ABŞ hələ İrana atəşkəs rejiminin müddətini uzatmağı təklif etməyib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Levitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

"Bu səhər mən atəşkəs rejiminin uzadılmasının rəsmən istədiyimiz barədə əsassız xəbərlər gördüm. Bu, doğru deyil", - o deyib.

Onun sözlərinə görə, ABŞ və İran fəal şəkildə danışıqlar aparmaqda davam edir: "Bu həftə siz vitse-prezidentdən (ABŞ Cey Di Vens) və Prezidentdən (ABŞ Donald Tramp) bu danışıqların səmərəli olduğunu və davam etdiyini eşitdiniz, hazırda vəziyyət məhz bundan ibarətdir".

Ağ Evin mətbuat katibi bildirib ki, ABŞ İranla saziş bağlanması perspektivlərinə müsbət yanaşır.

Jurnalistin İranla danışıqların ikinci raundunun Pakistanın paytaxtı İslamabadda keçirilib-keçirilməyəcəyi ilə bağlı sualına o, danışıqların elə ötən dəfə olduğu yerdə keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, "Bloomberg" agentliyi yazıb ki, ABŞ və İran sülh müqaviləsi üzrə danışıqları davam etdirmək üçün əlavə vaxt qazanmaq məqsədilə qüvvədə olan atəşkəsin daha iki həftə uzadılması imkanını nəzərdən keçirir.

Son xəbərlər