Lavrov: Rusiya ABŞ ilə məsələləri müzakirə etməyə hazırdır

Lavrov: Rusiya ABŞ ilə məsələləri müzakirə etməyə hazırdır
Dünya 66

Rusiya istənilən vaxt ABŞ ilə müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində konkret məsələləri müzakirə etməyə hazırdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Kommersant" qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Bu yaxınlarda Misiri tərk edərkən, ABŞ Prezidenti Donald Tramp jurnalistlərin "Tomahawk" qanadlı raketləri ilə bağlı suallarını şərh edərkən, digər məsələlərlə yanaşı, yəqin ki, bu məsələ ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə danışmağa ehtiyac duyacağını deyib. O və onun komandası bilir ki, biz istənilən vaxt müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində ünsiyyətə və konkret məsələləri müzakirə etməyə hazırıq. Təbii ki, geridə qalan müddətdə baş verənləri, o cümlədən Alyaskadakı Rusiya-Amerika sammitini nəzərə alaraq", - o bildirib.

Lavrovun sözlərinə görə, avqustun 15-də Alyaskada baş tutmuş Rusiya-Amerika sammiti ilə bağlı ABŞ Prezidenti Donald Tramp və müttəfiqləri arasında məsləhətləşmələr davam edir.

"Güman edirik ki, konseptual olaraq qarşılıqlı anlaşma olub. Biz bu anlaşmanın praktiki fəaliyyətə necə çevrilə biləcəyini də müzakirə etdik. Biz bunu necə gördüyümüzü aydın şəkildə qeyd etdik. Prezident Tramp bildirib ki, müttəfiqləri ilə məsləhətləşməyə ehtiyacı var. Məsləhətləşmə prosesi, görünür, davam edir", - Rusiya XİN rəhbəri söyləyib.

Oxşar xəbərlər

Paşinyan kilsəni ziyarət edərkən "Noldu, Paşinyan?" meyxanası səsləndirilib

Paşinyan kilsəni ziyarət edərkən "Noldu, Paşinyan?" meyxanası səsləndirilib

Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyanın paytaxtı Tallində kilsə ziyarəti zamanı gözlənilməz hadisə ilə üzləşib. BAKU.WS xəbər verir ki, Paşinyanın d...

123 Dünya 13:00 25 yanvar 2026

Son xəbərlər