KXDR əsgərləri Ukrayna sərhədindən 50 km aralıdadır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Kursk bölgəsinə 3000-ə yaxın Şimali Koreya əsgəri göndərib. Onlar Ukrayna ilə sərhəddən 50 kilometr aralıdadırlar.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Nəşr Ukrayna kəşfiyyatına istinadən bildirir ki, 3000-ə yaxın Şimali Koreya əsgəri gizli şəkildə Rusiyanın Uzaq Şərqindən Kursk vilayətinə mülki yük maşınları ilə aparılıb.
Ukrayna kəşfiyyatçılarının sözlərinə görə, 3 000-dən yalnız bir neçə yüzü xüsusi təyinatlılar, qalanları nizami ordu üzvləridir.
Onlar oktyabrın 28-də Ukrayna sərhədindən təxminən 50 km aralıda kazarmalara yerləşdirilib və orada Rusiya komandanlığından əlavə əmr gözləyirlər.
Ukrayna kəşfiyyatı Şimali Koreyadan gələn əsgərlərin döyüş effektivliyini şübhə altına alıb, əksəriyyətini təcrübəsiz, aşağı rütbəli ordu üzvləri kimi dəyərləndirib.
Kəşfiyyatçıların qeyd etdiyi kimi, Şimali Koreya əsgərləri əvvəllər öz ölkələrini tərk etməyiblər, real döyüş əməliyyatlarında iştirak etməyiblər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...