Kuba 20 yanvarı matəm günü elan etdi
Kuba hökuməti Olqin əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərin xatirəsinə yanvarın 20-ni matəm günü elan edib.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes özünün sosial media hesabında paylaşım edib.
"Olqin hərbi dairəsinin sursat anbarında baş verən faciə nəticəsində həlak olan igid hərbçilərin xatirəsinə ehtiram olaraq yanvarın 20-si səhər saat 6-dan gecə yarısına qədər rəsmi matəm günü elan etmişik", - prezident qeyd edib.
Xatırladaq ki, yanvarın 7-də sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi həyatını itirib.
Oxşar xəbərlər
Tramp Pezeşkianla görüşə hazır olduğunu açıqladı
ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb. BAKU.WS xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalın...