Koronovirusun yeni variantı YAYILMAĞA BAŞLAYIB

Koronovirusun yeni variantı YAYILMAĞA BAŞLAYIB
Dünya 118

İngiltərədə sürətlə yayılan yeni Covid-19 varyantı "Stratus" bəzi xəstələrdə səsdə dəyişikliklə özünü göstərir. Mütəxəssislər bildirir ki, bu variant boğazı təsir edərək kısık və ya boğuk səslə müşahidə olunur.

BAKU.WS xəbər verir ki, klassik simptomlar – öskürək, boğaz ağrısı, yorğunluq və burun axması – hələ də qalır. Lakin səsdə dəyişiklik Stratusu digər variantlardan ayıran əlamət sayılır. Həkimlər vurğulayır ki, yalnız səs qısıqlığı Covid demək deyil, amma digər simptomlarla birlikdə test tövsiyə olunur.

Stratusun iki alt variantı var: XFG və XFG.3. UKHSA-nın məlumatına görə, XFG.3 2025-ci ilin iyununda İngiltərədəki bütün diaqnozların 40%-ini təşkil edib. İlk dəfə yanvar ayında, 2025-ci ildə Cənğu-Şərqi Asiyada aşkar edilən variant qısa müddətdə 38 ölkəyə yayılıb.

DSÖ Stratusu "izləmə altında olan SARS-CoV-2 varyantı" kateqoriyasına daxil edib. Ekspertlər qeyd edir ki, vaksinasiya və gigiyena tədbirləri hələ də ən effektiv qorunma üsuludur.

Son xəbərlər