Koreyada gərginlik: ABŞ nüvə sualtı gəmi göndərib, Şimali Koreyadan XƏBƏRDARLIQ
Şimali Koreyanın Müdafiə Nazirliyi ABŞ-nin bölgəyə nüvə sualtı gəmisi yerləşdirdiyini bildirərək sərt bəyanat yayıb.
BAKU.WS xəbər verir ki, rəsmi Pxenyanın açıqlamasında qeyd olunub ki, "Ordumuz regional təhlükəsizliyi təhdid edən ünsürlərə qarşı qətiyyətli tədbirlər görəcək və təxribatçılara qarşı cəza hüququndan tərəddüd etmədən istifadə edəcəkdir."
Donald Trampın Şimali Koreya ilə diplomatiyaya qayıdıb-qayıtmayacağı sual doğurduğu bir vaxtda, bölgədə gərginlik artır. Şimali Koreya Xarici İşlər Nazirliyi yazılı açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Alexandria" adlı nüvə sualtı gəmisinin Güney Koreyə – Busan limanına yan almasını təhlükə kimi qiymətləndirib. Bəyanatda bildirilib ki, "Bu addım ABŞ-nin dəyişməz təxribatçı mövqeyinin göstəricisi və bölgədə hərbi gərginliyi artıran qeyri-sabitləşdirici faktordur."
ABŞ-nin bölgədə hərbi qarşıdurmaya səbəb ola biləcək düşmənçilik siyasəti apardığını bildirən Pxenyan "Vaşinqtonun Şimali Koreyanın təhlükəsizlik narahatlıqlarını görməzdən gəldiyini və regionda sabitliyi pozan təxribatlara davam etməməli olduğunu ciddi şəkildə xəbərdar edirik" - deyə bəyan edib.
Pxenyanın yaxın günlərdə ABŞ-nin bu addımına qarşı konkret addımlar atacağı bildirilir.
Oxşar xəbərlər
Vağzalda infarkt keçirən kişi özünə gələndə hamını şoka saldı - Qatara minməliyım, çünki işə gecikirəm
Çində dəmiryol vağzalında qatar gözlən kişi infarkt keçirib. Lakin o, işə tələsdiyi üçün xəstəxanaya yerləşdirilməkdən imtina edib. BAKU.WS xəbər verir ki, bu...