Kolumbiyadan ABŞ-yə sərt mesaj: Suverenliyimizi qoruyacağıq
Yeniliklərdən dərhal xəbərdar olun
Kolumbiya ABŞ-dən mümkün təhdidlərlə bağlı mövqeyini açıqlayıb. Xarici işlər naziri Rosa Yolanda Vilyavisensio bildirib ki, rəsmi Boqota diplomatik yolları üstün tutur, lakin hər hansı hücum halında ölkənin suverenliyi hərbi vasitələrlə müdafiə ediləcək.
BAKU.WS xəbər verir ki, nazirin sözlərinə görə, Kolumbiya Silahlı Qüvvələri Prezident Qustavo Petronun rəhbərliyi altında tam hazırlıqlıdır. ABŞ Prezidenti Donald Trampın Kolumbiya ilə bağlı sərt açıqlamaları iki ölkə arasında gərginliyi artırıb.
Rəsmi Boqota Vaşinqtonla dialoqu davam etdirmək niyyətindədir və ABŞ-nin Boqotadakı səfirliyinə etiraz notasının təqdim ediləcəyi bildirilib. Kolumbiya tərəfi Prezident Petroya yönələn ittiham və ifadələrin ölkəyə qarşı hörmətsizlik olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...