KİV: Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Aİ liderləri bir neçə həftədir Ukraynanın maliyyə ehtiyatlarının sürətlə tükənməsini nəzərə alaraq, kredit şərtlərini razılaşdırmağa çalışırlar. Lakin danışıqlar Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin əksəriyyətinin yerləşdiyi Belçika tərəfindən ciddi müqavimətlə qarşılaşır.
Belçika, əgər Moskva cavab tədbirləri görsə və ya gözlənilmədən məhkəmə vasitəsilə öz aktivlərini bərpa etsə, mümkün maliyyə məsuliyyətindən qorunmaqda israr edir.
Daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Zelenskini yanvarın 18-də sammitdə iştirak etməyə dəvət etmişdi. Lakin Ukrayna mediasının məlumatına görə, Zelenski tədbirə şəxsən qatılmayacaq və məsafədən iştirak edəcək.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...