KİV: Fransanın cənubundakı həbsxanada məhbus bir neçə nəfəri girov götürüb

KİV: Fransanın cənubundakı həbsxanada məhbus bir neçə nəfəri girov götürüb
Dünya 55

Fransanın cənubundakı Arl kommunasının mərkəzi həbsxanasında məhbus bir neçə nəfəri girov götürüb.

BAKU.WS report-a istinadən xəbər verir ki, söhbət üç tibb işçisi və bir həbsxana gözətçisindən gedir.

Bıçaqla silahlanan məhbusla bağlı başqa təfərrüatlar verilmir.

"La Provence" qeyd edir ki, Arl həbsxanası ötən əsrin 90-cı illərində tikilib. O, 159 məhkum üçün nəzərdə tutulub, hazırda orada 137 nəfər cəza çəkir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər