Kitab oğurluğuna görə Europoldan ƏMƏLİYYAT
Yeniliklərdən dərhal xəbərdar olun
Estoniyanın Tartu və Tallin kitabxanalarından 19-cu əsrə aid nadir əsərlər oğurlanıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, ilk hadisə 2022-ci ilin aprelində baş verib – iki nəfər Tartu Universiteti kitabxanasında Puşkin və Qoqolun kitablarını sifariş edərək orijinalları saxta nüsxələrlə əvəzləyib. Sonradan Tallin Universitetindən də on nadir kitab yoxa çıxıb.
İlkin araşdırmalar göstərib ki, oğrular Avropanın bir çox kitabxanalarından yüz minlərlə dollar dəyərində ümumilikdə 73 kitab ələ keçiriblər. Europol buna cavab olaraq "Pușkin əməliyyatı"na başlayıb. Artıq 9 nəfər saxlanılıb, hamısı Gürcüstan vətəndaşıdır.
Oğurlaın başçısı – 48 yaşlı Beqa Tsirekidze hazırda Estoniyada 3 il 3 ay həbs cəzasını çəkir. O, BBC-yə açıqlamasında nadir kitabların yüksək dəyərini vurğulayıb: "İki kitab bəzən yarım kilo qızıl dəyərində olur".
İstintaqa görə, oğrular kitabları saxta nüsxələrlə əvəzləyərək satış üçün Moskvadakı müzayədələrə göndəriblər. Çalınan əsərlərin bir hissəsi hələ də tapılmayıb, əməliyyat davam edir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...