Kelloq Ukraynanı bölməyi təklif etmədiyini açıqlayıb
ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloq Britaniya qəzeti "The Times"ın onun sözlərini təhrif etdiyini, o, Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
"The Times"ın məqaləsində dediklərim təhrif olunub. Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra sabitliyi təmin edən qüvvələr haqqında danışırdım. Bölünməni müzakirə edərkən müttəfiq qüvvələrin (Amerika qoşunları olmadan) məsuliyyət zonalarını nəzərdə tuturdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım", – o izah edib.
Xatırladaq ki, daha əvvəl "The Times" Kelloqun Ukraynanın müharibədən sonrakı Berlin nümunəsində Avropa ölkələri və Rusiya arasında nəzarət zonalarına bölünə biləcəyini söylədiyini bildirmişdi.
Kelloqun, nəşrin iddia etdiyi kimi, sözlərinə görə, Britaniya və Fransa qoşunları döyüş əməliyyatlarının yenidən başlamasını qabaqlamaq məqsədilə "cilovlayıcı qüvvələr" kimi Ukraynanın qərb bölgələrini tuta bilər, Rusiya ordusu isə Ukraynanın şərqinə nəzarət edəcək.
Oxşar xəbərlər
Anasının ölümünə görə ağır cəza aldı: Güllünün işi ilə bağlı qərar açıqlandı
Türkiyəli müğənni Güllünün müəmmalı ölümü ilə bağlı məhkəmə prosesində diqqətçəkən detallar üzə çıxıb. Məhkəmə sənədlərində sənətçinin qızı Tuğyan Ülkəm Gülteri...