Kartellər arasında toqquşma: 16 ölü
Yeniliklərdən dərhal xəbərdar olun
Meksikada kartellər arasında toqquşma baş verib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, kartellər arasında baş verən toqquşmada 2-si polis olmaqla 16 nəfər həyatını itirib.
Son günlər Meksikada zorakılıq hadisələri artıb. Ölkənin cənubundakı Guerrero əyalətinə bağlı Tekpan de Galeana şəhərində toqquşma baş verib. Meksika Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada, toqquşma zamanı 2 polisin həyatını itirdiyi, 4 polisin isə yaralandığı bildirilib.
Açıqlamada, Milli Qvardiyanın hadisələrə müdaxilə etdiyi və 3 əsgərin yaralandığı qeyd edildi. Hadisədə 14 kartel üzvü həyatını itirərkən 11 nəfərin həbs edildiyi bildirildi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...