Kakao qiymətləri rekord sürətlə ucuzlaşıb
Beynəlxalq bazarlarda kakao qiymətləri son illərin ən kəskin enişini yaşayıb. Qərbi Afrikada quraqlıqla bağlı narahatlıqların azalması və məhsuldarlığın artması fonunda kakao tonunun qiyməti illik müqayisədə 48,1% ucuzlaşıb.
BAKU.WS xəbər verir ki, məlumata görə, kakao 2024-cü ildə 12 931 dollarla rekord həddə yüksəlsə də, sonradan kəskin enişə keçərək 2025-ci ili 6 065 dollarla başa vurub. Qiymətlərin düşməsinə ABŞ-nin kakao məhsullarına tətbiq edilən tarifləri ləğv etməyi planlaşdırması və Avropa Parlamentinin meşə sahələrinə zərər vurularaq istehsal olunan məhsullarla bağlı qaydaların tətbiqini təxirə salması da təsir göstərib.
Ekspertlər bu amillərin kakao tədarük zəncirində xərclərin azalacağına dair gözləntiləri gücləndirdiyini bildirirlər.
Oxşar xəbərlər
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Almaniyanın Federal Kəşfiyyat Xidməti ABŞ-nin keçmiş prezidenti Barak Obama, dövlət katibi Hillari Klinton və Birləşmiş Ştatların hərbi rəsmilərinin telefon dan...