Kainatı məhv edə biləcək 4 elmi eksperiment
Tarix boyu bəzi elmi eksperimentlər yalnız böyük kəşflərlə deyil, eyni zamanda mümkün qlobal fəlakət ehtimalı ilə də müzakirə olunub. Bəzi nəzəriyyələrə görə, yanlış hesablamalar Yer kürəsini, hətta bütün Kainatı təhlükə altına sala bilərdi. Lakin sonrakı araşdırmalar bu qorxuların elmi əsasının olmadığını göstərib.
"Manhetten layihəsi" və atmosferin alovlanması qorxusu
BAKU.WS xəbər verir ki, 1942-ci ildə həyata keçirilən nüvə proqramı zamanı fizik Eduard Teller Yer atmosferində zəncirvari termonüvə reaksiyasının başlaya biləcəyi ehtimalını irəli sürmüşdü. Layihənin rəhbəri J. Robert Oppenheimer bu hesablamaları yenidən yoxlatdırdı və nəticədə belə reaksiyanın mümkün olmadığı müəyyən edildi.
Kvark-qluon plazması və "strençletlər"
1999-cu ildə ABŞ-də fəaliyyət göstərən Relativistic Heavy Ion Kollider işə salınarkən bəzi alimlər "strençlet" adlanan ekzotik hissəciklərin yarana biləcəyini ehtimal edirdi. Bu hissəciklərin nəzəri olaraq maddəni udaraq planet miqyasında dəyişiklik yarada biləcəyi düşünülürdü. Lakin aparılan tədqiqatlar belə təhlükənin real olmadığını göstərdi.
Böyük Adron Kollayderi və mikro qara dəliklər
2008-ci ildə CERN-də yerləşən Large Hadron Collider işə başlayarkən mikroskopik qara dəliklərin yarana biləcəyi barədə müzakirələr aparılmışdı. Alimlər isə belə obyektlərin yaranacağı halda Stiven Hoking nəzəriyyəsinə əsasən saniyənin kiçik hissəsində yox olacağını açıqlamışdılar.
Kvant vakuumunun parçalanması ehtimalı
Müasir kosmologiyada nəzəri risklərdən biri də Kainatın "yalançı vakuum" vəziyyətində olması ehtimalıdır. Higgs boson kəşf edildikdən sonra bəzi alimlər vakuumun daha aşağı enerjili vəziyyətə keçə biləcəyini irəli sürüblər. Lakin hesablamalara görə belə bir hadisənin baş verməsi ehtimalı son dərəcə kiçikdir.
Alimlərin fikrincə, bu eksperimentlər ətrafında yaranan apokaliptik ssenarilər elmi yoxlamalardan keçməyib. Araşdırmalar göstərir ki, yüksək enerjili fizika sahəsində aparılan təcrübələr ciddi təhlükəsizlik hesablamalarına əsaslanır və Kainat üçün real risk yaratmır.
Oxşar xəbərlər
60 yaşlı sərxoş kişi məşğulluq idarəsini gülləyə tutmaq istəyib
Samux rayonunda sərxoş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon məşğulluq idarəsini gülləyə tutmaqla hədələyib. BAKU.WS oxu.az-a istinadən xəbə...