Kadırov Kiyevə hücumu "qisas" adlandırıb
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Kiyevdəki pilotsuz sistemlərinin idarəetmə mərkəzinə endirilən zərbəni Ukrayna pilotsuz uçan aparatının Putin adına Rusiya Xüsusi Təyinatlı Universitetinə hücumuna görə "qisas" adlandırıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında bildirib.
"Mən bir gün əvvəl dedim ki, dünən RUS binasına edilən hücuma görə qisas almağı çox gözləmək lazım gəlməyəcək", - deyə Ramzan Kadırov bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki Baş Qərargahının binası PUA hücumuna məruz qalıb. Qərargahın binası PUA mərmisinin qalıqlarının düşməsi nəticəsində zədələnib.
Oxşar xəbərlər
Tbilisi polisi etiraz aksiyalarına görə parlamentə gedən küçələri bağlayıb
Tbilisidə polis parlamentə gedən küçələri bağlayıb. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Parlament binasının hər iki tərəfində və arxasındakı p...