İzmirin iki rayonunda güclü meşə yanğını: yollar bağlanıb
29
iyn
2025
20:58
Türkiyənin İzmir vilayətində güclü yanğın baş verib. Qaziemir rayonunun Beyazevler məhəlləsi yaxınlığındakı tullantı sahəsində başlayan alov küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.
BAKU.WS-in məlumatına görə, eyni vaxtda Buca rayonunda da yanğın genişlənərək Otokent Avtosalonlar Kompleksinə qədər çatıb.
Alovun söndürülməsi üçün havadan və qurudan yanğına müdaxilə edilir. Polis qüvvələri TOMA texnikasından istifadə edərək alovun qarşısını almağa çalışır. Təhlükəsizlik məqsədilə yanğın bölgəsində avtomobil yolları bağlanıb.
Oxşar xəbərlər
İranda dolların məzənnəsi yeni tarixi rekord qırdı
Sentyabrın 9-da İranın sərbəst bazarında dolların məzənnəsi 233 900 tümənə çataraq yeni tarixi rekord qırıb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir...