İtaliyanın hakim koalisiyası Ursula Fon der Lyayeni sərt tənqid edib
Yeniliklərdən dərhal xəbərdar olun
İtaliyanın hakim koalisiyasına daxil olan "Liqa" partiyasının nümayəndəsi, əmək nazirinin müavini Klaudio Duriqon Vaşinqtonun Avropa ixracatına tariflər tətbiq etməsinə görə məsuliyyəti Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin üzərinə qoyub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "La Repubblica" nəşri yazıb.
Siyasətçinin sözlərinə görə, ümumilikdə İtaliyanın hazırkı hökuməti qeyri-qanuni miqrasiya və öz iqtisadiyyatını qorumaqla bağlı Amerika prezidenti Donald Trampın xəttini bölüşür:
"Liqa"nın Avropa Parlamentindəki üzvləri onun ikinci müddətə namizədliyini dəstəkləmədilər və Lyayenə etimadsızlıq qərarına səs verdilər. Eyni zamanda, Baş nazir Corc Meloni də "yaşıl keçid"ə şübhə ilə yanaşır, onun fikrincə, bu, zəruridir, lakin Avropa Komissiyasının təklif etdiyi formada və müddətlə deyil, çünki bu, milli istehsalçıları boğur".
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...