İsveçin yeni xarici işlər naziri bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
İsveçin miqrasiya məsələri üzrə sabiq naziri Mariya Malmer Stenerqard yeni xarici işlər naziri təyin edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Ulf Kristersson çərşənbə axşamı parlamentin açılışında yenilənmiş kabineti təqdim edərkən deyib.
"Hökuməti çox yaxşı tamamlayacaq iki yeni nazir olacaq. Mariya Malmer Stenerqard xarici işlər naziri təyin ediləcək", - o bildirib.
Baş nazir, həmçinin Cessika Rozenkrantzın Aİ işləri üzrə yeni nazir təyin edildiyini açıqlayıb.
Qeyd edək ki, sentyabrın 4-də İsveçin sabiq xarici işlər naziri Tobias Billström istefa verdiyini açıqlayıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...