İsveç İspaniyanın miqrantları leqallaşdırmaq qərarına qarşı çıxdı
İsveç Baş naziri Ulf Kristersson İspaniyanın miqrantların leqallaşdırılması ilə bağlı proqramını sərt tənqid edib.
BAKU.WS xəbər verir ki, Kristersson bu barədə "Financial Times" qəzetinə müsahibəsində danışıb.
İsveç hökumət başçısı İspaniyada 1 milyondan çox miqrantın leqallaşdırılmasını nəzərdə tutan proqramı "çox pis fikir" adlandırıb. Onun sözlərinə görə, bu qərar Şengen zonasının bütövlüyü üçün təhlükə yarada bilər.
Kristersson bildirib ki, İspaniyanın təşəbbüsü Avropa İttifaqına üzv ölkələrin liderləri arasında ciddi narazılığa səbəb olub. O qeyd edib ki, proqram digər Avropa ölkələrinin həyata keçirməyə çalışdığı miqrasiya siyasəti ilə ziddiyyət təşkil edir.
"Financial Times"ın məlumatına görə, İspaniyanın miqrasiya siyasəti Almaniya, Danimarka, İtaliya və bir sıra digər ölkələrin liderləri tərəfindən də tənqid olunub.
Qeyd edək ki, iyulun sonunda Mərakeşdən olan on minlərlə miqrant Şimali Afrikadakı İspaniyanın muxtar şəhəri Seutaya qanunsuz yollarla keçib. Bu hadisə İspaniya Ali Məhkəməsinin qanunsuz miqrantların dərhal ölkədən çıxarılmasını qadağan etməsindən sonra baş verib. Məhkəmə onların sığınacaq üçün müraciət etmək imkanının yaradılmasını tələb edib.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares isə avqustun 3-də Seutadakı bütün miqrantların ölkədən çıxarılacağını bildirib.
Oxşar xəbərlər
Konqoda Ebola epidemiyasında ölənlərin sayı 2011-ə çatıb
Demokratik Konqo Respublikasında Ebola epidemiyası nəticəsində ölənlərin sayı 2011-ə yüksəlib. Ölkədə qeydə alınan ümumi yoluxma hallarının sayı isə 4381-ə çatı...