İstanbulda kritik tarix: Rusiya və Ukrayna danışıqlara hazırlaşır

İstanbulda kritik tarix: Rusiya və Ukrayna danışıqlara hazırlaşır
Video
Dünya 231

Mayın 16-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayacaq.

Bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.

"Bəli, mayın 16-da", - deyə agentliyin danışıqların təşkilinə yaxın həmsöhbəti bildirib.

***18:20

"Ukrayna nümayəndə heyətinə İstanbuldakı danışıqlarda müdafiə naziri Rüstəm Umerov rəhbərlik edəcək".

BAKU.WS xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq, deeskalasiyaya doğru ilk addımları atmağa çalışaraq, Ukrayna İstanbula nümayəndə heyəti göndərir.

Zelenski vurğulayıb ki, Ukrayna nümayəndə heyəti atəşkəslə bağlı müzakirə aparmaq niyyətindədir.

***17:27

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün başlanması ilə bağlı xəbərlər yalandır.

BAKU.WS xəbər verir ki, TASS bu barədə gizli mənbəsinə istinadən məlumt yayıb.

"Bu, doğru deyil", - deyən mənbə məsələ ilə bağlı sualı cavablandırıb.

***17:10

Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Son xəbərlər