İstanbul sakinlərinə mesaj göndərib XƏBƏRDARLIQ etdilər - Bu gecədən…
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İstanbul şəhərinə şiddətli qar yağışı barədə xəbərdarlıq edilib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Meteorologiya Ümumi Müdirliyi məlumat yayıb.
Qar xəbərdarlığının verildiyi İstanbulda bəzi reyslər ləğv edilib, yollarda lazımi işlər görülüb.
Bildirilib ki, bu gün şəhərdə temperatur 7 dərəcə olacaq. Gecə saatlarından etibarən 4 dərəcə aşağı düşəcək və qar yağışı başlayacaq. Qar cümə günü səhərədək davam edəcək.
İstanbulda həmçinin gözlənilən qarla bağlı SMS vasitəsilə xəbərdar olunub. Telefonlara göndərilən mesajda bu ifadələr yer alıb:
"İstanbulda təsirli olacaq soyuq hava dalğaları səbəbiylə donma nəticəsində yarana biləcək nasazlıqların qarşısını almaq üçün açıq havada yerləşən su boruları və sayğaclar soyuq hava ilə təmasda olmayacaq şəkildə örtülməli və izolyasiya edilməlidir. İzolyasiya materialı ilə mümkün problemlərin qarşısını sadə tədbirlərlə almaq olar".
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...