İsrailli ekspert ölkədəki vəziyyətlə bağlı nələri açıqladı?
Yeniliklərdən dərhal xəbərdar olun
İsraildə son dövrlərdə vəziyyət çox gərginləşib, xüsusən də Təl-Əvivə yönələn raket hücumlarının artması ilə.
Bunu Yaxın Şərq üzrə ekspert Fleur Hassan Nahoum Baku TV-yə açıqlamasında deyib.
O bildirib ki, Qüdsə daha az raket atılır, amma İsrailin şimal bölgələrində xüsusən Livandan "Hizbullah"ın raket hücumu ilə vəziyyət daha da gərginləşib:
"Həmçinin son dövrlərdə dünyada İsrailin "Dəmir Qübbə" sisteminin kifayət etmədiyi barədə müzakirələr artıb və bəzi israillilər hökumətin addımlarından narazıdırlar.
Buna baxmayaraq, İsrailin nüvə məsələsinə dair müharibə və hücumlarla bağlı fikir ayrılıqları da mövcuddur. Bu əməliyyatın əsas məqsədi İran İslam Respublikasının nüvə imkanlarını məhv etmək, həmçinin ballistik raketlərin potensialını sıradan çıxarmaq və proksi qruplarının təhlükəsini aradan qaldırmaqdır".
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...