İsrailin hücumu zamanı öldüyü iddia edilən İran generalı sağ imiş
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, briqada generalı İsmayıl Qaani ölüm xəbərlərinə baxmayaraq ictimaiyyət qarşısına çıxıb.
Bu barədə İran dövlət teleradio şirkəti olan İRİB öz teleqram kanalında məlumat yayıb.
Bildirilir ki, Qaani ölümü barədə xəbərlər yayıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxaraq SEPAH general-mayoru Abbas Nilforuşanın cənazəsinin İrana gətirilməsi mərasimində iştirak edib.
Nilforuşan sentyabr ayının sonunda İsrailin Beyruta endirdiyi zərbə nəticəsində öldürülmüşdü. Qaani digər İran generalları ilə birlikdə tribunada oturarkən görüntülənib.
Qeyd edək ki, İsmayıl Qaani 2020-ci ilin yanvarında SEPAH-ın "Qüds" Qüvvələrinin komandanı təyin edilib. O, bu vəzifəyə ABŞ-nin hava zərbəsi nəticəsində öldürülən general Qasim Süleymaninin yerinə gəlib. Qaani bundan əvvəl Süleymaninin müavini olub və onun ölümündən sonra İranın xaricdəki hərbi əməliyyatlarına rəhbərlik edir.
Oxşar xəbərlər
Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır?
İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kiloqram qızılla saxlanılan şəxs diplomat deyil. BAKU.WS APA-ya istinadən xəbər verir ki, tutulan...