İsrailin Baş naziri Netanyahu ölüm xəbərlərini təkzib edib
İsrailin Baş naziri Benyamin Netanyahu onun guya öldüyü barədə yayılan şayiələrə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, baş nazir sosial şəbəkələrdə yayılan və saxtalaşdırıldığı iddia edilən videoya reaksiya göstərib.
Daha əvvəl bəzi istifadəçilər Netanyahu-nun əvvəlki videomüraciətində əlində altı barmaq olduğunu iddia edərək görüntülərin süni intellekt vasitəsilə dəyişdirildiyini və müxtəlif sui-qəsd nəzəriyyələrini irəli sürmüşdülər.
Netanyahu isə bu iddialara cavab olaraq bu gün kafedə çəkilmiş yeni video paylaşaraq zarafatla deyib: "Sadəcə ölürəm – qəhvə istəyindən! Xalqım naminə özümü qurban verirəm. Barmaqlarımın neçə dənə olduğunu saymaq istəyirsən?"
Beləliklə, baş nazir sosial şəbəkələrdə yayılan ölüm xəbərlərini və iddiaları istehzalı şəkildə təkzib edib.
Oxşar xəbərlər
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
Alimlər bu həftə qidalanma, yuxu və sağlamlıqla bağlı bir sıra yeni nəticələr əldə ediblər. Araşdırmalarda tam taxıllı məhsulların və süd məhsullarının faydalar...