İsrail İrana hücumu etdi: SEPAH-ın baş komandanı və Baş Qərargah rəisi ölüb

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə zərbələr endirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
İsrailin nəyi hədəfə aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.
"Mehr" agentliyi xəbər verb ki, İsrailin hücumları nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami həlak olub. Bundan əlavə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri də ölüb.
Həmçinin bildirilir ki, Xatəmül-Ənbiya qərargahının komandiri general-mayor Qulaməli Rəşid də həlak olub. İsrailin Natanzdakı nüvə obyektinə zərbə endirməsi nəticəsində üç nüvə aliminin öldüyü də bildirilir.
Qalereya
Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib: "İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir".
Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.
Oxşar xəbərlər
İranın İsrailə atdığı raketlər nəticəsində ölənlərin sayı artıb
İranın İsrailə atdığı raketlər nəticəsində ölənlərin sayı 22-yə çatıb BAKU.WS "The Times of Israel"a istinadən xəbər verir ki, İranın raket hücumu nəticəsində İ...
