İsrail Baş nazirinin ofisindən atəşkəslə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
"İsrail, İranın boğazları dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı bütün hücumları dayandırması şərti ilə prezident Trampın İrana qarşı hücumları iki həftə müddətinə dayandırmaq qərarını dəstəkləyir".
BAKU.WS xəbər verir ki, bu, İsrail Baş nazirinin ofisinin "X" hesabında yayımlanan açıqlamada öz əksini tapır.
Sənəddə həmçinin qeyd olunur ki, İsrail Ağ Evin İranın bir daha ABŞ, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir.
Bununla yanaşı, Netanyahunun dəftərxanasından vurğulanıb ki, Amerika tərəfi qarşıdan gələn danışıqlar zamanı bu məqsədlərə nail olmaq niyyəti barədə İsraili məlumatlandırıb.
İki həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi ayrıca qeyd edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...