İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı artdı
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyada qatarların vaqonlarının relsdən çıxması nəticəsində həlak olanların sayı 39-a çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Bildirilib ki, ümumilikdə qatarda 317 sərnişin olub. İspaniyanın nəqliyyat və dayanıqlı mobillik naziri Oskar Puente bildirib ki, Kordovada baş verən dəmiryol qəzası izah edilməsi çətin olan hadisədir, çünki qəzaya səbəb olan "Iryo" qatarı nisbətən yenidir, infrastruktur isə bu yaxınlarda təmir olunub.
Qeyd edək ki, qəza Əndəlüs muxtar icmasında baş verib. Relsdən çıxan vaqon paytaxt Madriddən Huelvaya gedən digər qatarın vaqonu ilə toqquşub. Hadisənin səbəbi hələlik məlum deyil. Madrid-Əndəlüs yüksək sürətli qatar xidməti 20 yanvar tarixinə qədər dayandırılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...