İslabadda ABŞ-İran danışıqları nəticəsiz qaldı
ABŞ-nin Vitse-prezidenti Cey Di Vens bildirib ki, İslamabadda keçirilən ABŞ–İran danışıqları yekun razılaşma ilə nəticələnməyib.
BAKU.WS xəbər verir ki, tərəflər arasında müəyyən mövzularda məzmunlu müzakirələr aparılsa da, əsas məsələlər üzrə ortaq mövqe əldə olunmayıb.
Vens əlavə edib ki, ABŞ tərəfi İranın nüvə proqramı ilə bağlı daha aydın və uzunmüddətli zəmanətlər gözlədiyini vurğulayıb.
"Bizə yalnız qısa müddət üçün deyil, uzun perspektivdə də nüvə silahının hazırlanmasından imtina ediləcəyinə dair konkret təminatlar lazımdır. Hazırda bu istiqamətdə istədiyimiz nəticəni görməmişik", – deyə o qeyd edib.
ABŞ-nin Vitse-prezidenti həmçinin deyib ki, Vaşinqton Tehran tərəfinə "ən son və ən sərfəli" hesab etdiyi sülh təkliflərini təqdim edib. Lakin İran bu şərtləri qəbul etməmək qərarına gəlib.
ABŞ rəsmisi bildirib ki, danışıqlar zamanı ölkəsinin "qırmızı xətləri" açıq şəkildə qarşı tərəfə çatdırılıb və hansı addımlara hazır olduqları, hansılara isə razılaşmayacaqları aydın ifadə olunub.
Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə İslamabadda keçirilən görüşdə hər iki tərəf yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunub. ABŞ nümayəndə heyətinə vitse-prezident rəhbərlik edib, İran tərəfini isə parlament və hökumət nümayəndələri təmsil edib.
Bütün bunlara baxmayaraq, tərəflər arasında dialoq davam etdiriləcək və gələcəkdə razılaşma əldə olunacağına dair ümidlərin qorunduğu bildirilir.
Oxşar xəbərlər
İran XİN: İslamabad danışıqlarında razılaşmanın əldə olunmaması gözlənilən idi
İsmayıl Bəqai ABŞ-la İslamabadda keçirilən danışıqların nəticəsiz qalmasına münasibət bildirib. BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, bu qədər mürəkkəb m...