İrəvanda "Qarabağ" mahnısı oxuyanların videosunu yayan şəxs cəzalandırıldı

İrəvan məhkəməsi Ermənistan paytaxtının mərkəzi meydanında əcnəbilərin "Qarabağ" haqqında mahnı oxuduğu videonu yayan alim Qərib Babayana həbs cəzası verməkdən imtina edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Babayanın vəkili Abqar Poqosyan məlumat verib.
"Məhkəmə həbs qətimkan tədbiri ilə bağlı vəsatəti rədd edib, əvəzində inzibati nəzarət və ictimai çıxışların məhdudlaşdırılmasını seçib", - deyə vəkil bildirib.
Xatırladaq ki, yanvarın 30-da sosial şəbəkələrdə bir qrup şəxsin İrəvanın Respublika meydanında Azərbaycan dilində "Qarabağ" mahnısını ifa etdiyi video yayılıb. Videonun yayımlanması geniş rezonansa səbəb olub. Yanvarın 31-də Ermənistanın Milli Təhlükəsizlik Xidməti bəyanat yayaraq, Respublika meydanındakı şəxslərin dekabrın 30-dan yanvarın 3-dək Ermənistanda olan İran vətəndaşları olduğunu qeyd edib. Kadrları yayan Babayan isə saxlanılıb, İstintaq Komitəsi onun həbsi ilə bağlı vəsatət qaldırıb.
Oxşar xəbərlər
Müharibənin bir ili neçə milyarda başa gəlir? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qarşıdakı hədəflərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə...
