İranla müharibənin xərci 37,5 milyard dollara çatıb - Pentaqon
ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, İranla davam edən hərbi əməliyyatların dəyəri artıq 37,5 milyard dollara yüksəlib.
BAKU.WS xəbər verir ki, o, bu barədə ABŞ Senatının Ödənişlər Komitəsində Müdafiə Nazirliyi üçün tələb olunan əlavə büdcə müzakirələri zamanı danışıb.
Heqset deyib ki, 2026-cı maliyyə ili üçün nəzərdə tutulan əlavə vəsait Müdafiə Nazirliyinin təcili ehtiyaclarının qarşılanması baxımından vacibdir. Onun sözlərinə görə, süni intellekt, avtonom sistemlər, kosmik texnologiyalar və digər strateji sahələrə vaxtında investisiya qoyulmaması ABŞ-nin rəqiblərindən geri qalmasına səbəb ola bilər.
Demokrat senator Dik Dörbinin İranla müharibənin maliyyə yükü ilə bağlı sualını cavablandıran nazir hazırkı məbləğin 37,5 milyard dollar olduğunu açıqlayıb.
Pit Heqset əlavə edib ki, tələb olunan maliyyə ayrılmazsa, ordunun sursat və hərbi texnikanı yeniləməsi çətinləşə, hətta hərbçilərin maaşlarının ödənilməsində problemlər yarana bilər.
Oxşar xəbərlər
Kristofer Nolanın "Odisseya"sı 1 milyard dollardan çox gəlir gətirdi
Rejissor Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə nümayişindən cəmi üç həftə sonra 1 milyard dollar gəlir əldə edib. BAKU.WS xəbər verir ki, ekran əsəri ha...