İranın "super silahı" müharibədə üstünlük qazandırdı

İranın super silahı müharibədə üstünlük qazandırdı
Dünya 149

İran ABŞ ilə qarşıdurmada təkmilləşdirilmiş raketlərdən istifadəyə üstünlük verib və bunun nəticəsində Yaxın Şərqdəki demək olar ki, bütün Amerika hərbi bazalarını sıradan çıxarıb.

BAKU.WS xəbər verir ki, bu barədə "aif.ru" saytı məlumat yayıb.

Məlumata görə, İranın ballistik raketlərə etdiyi seçim çox effektiv olub. Təkmilləşdirilmiş raket silahlarından geniş istifadə edilib. Əməliyyatın ortalarından sonuna qədər İran raketləri kifayət qədər dəqiq olub. Bunun sayəsində ABŞ-nin Yaxın Şərqdəki demək olar ki, bütün hərbi bazaları sıradan çıxarılıb.

Raket proqramına bu cür üstünlük verilməsi İrana təkcə tab gətirməyə deyil, həm də bu gün müəyyən qələbə əldə etməyə imkan verib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-nə keçən gecə İranda "bütöv bir sivilizasiyanın məhv ola biləcəyini" demiş, daha sonra isə zərbələrin endirilməsini iki həftə təxirə saldığını açıqlamışdı.

Tramp əlavə edib ki, İrandan 10 bənddən ibarət təklif alıb. İranın Ali Milli Təhlükəsizlik Şurasında isə bu qarşıdurmada qələbə qazandıqlarını bəyan ediblər.

Münaqişənin aktiv mərhələsi fevralın 28-də başlayıb. Həmin vaxt İran İsrail və ABŞ tərəfindən edilən hücumlara cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməyə başlayıb.

Son xəbərlər